19.06.2023

İdarə müdiri təhsilverənlərin sertifikasiyaya cəlb olunacağı mərkəzlərə baş çəkib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Gəncə şəhərində təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin keçiriləcəyi mərkəzlərə baş çəkib.

 

İdarə müdiri mərkəzlərdə yaradılan şəraitlə tanış olub, həmçinin ümumi prosesin gedişatı zamanı yarana biləcək texniki problemlərə qarşı hazırlığın tam təmin olunması istiqamətində öz tapşırıqlarını verib.

 

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 22-24 iyun tarixlərində Gəncə şəhərində 2 mərkəzdə (Gəncə şəhər 12 və 28 nömrəli tam orta məktəblərdə) təşkil olunacaq.


Açar sözlər: ,