Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələri elan olunub. Nəticələrə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbləri üzrə 10 layihə qalib olub.
Layihələrdən 3-ü məktəb, 7-si isə fərdi kateqoriya üzrədir. Qalib layihələrdən dördü Gəncə şəhəri üzrə, ikisi Goranboy rayonu üzrə, ikisi Göygöl rayonu üzrə, biri Daşkəsən rayonu üzrə, biri isə Samux rayonu üzrədir.
Müsabiqənin nəticələri barədə bildirişlər, o cümlədən hər meyar üzrə layihənin topladığı ballar müsabiqə iştirakçılarının şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, qrant qazanmış resipiyentlər layihələr üzrə müqavilələrin bağlanılması üçün yaxın günlərdə regional təhsil idarəsinə dəvət ediləcəklər.