04.09.2023

Daşkəsən rayonunda "Kəndimə gəl" layihəsi çərçivəsində təlimlər həyata keçirilib

Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəbdə "Kəndimə gəl" layihəsi çərçivəsində təlimlər keçirilib.

 

Layihə müddətində şagirdlər 09:00-dan 13:00-dək interaktiv təlimlər, oyunlar və vörkşoplar (müxtəlif mövzularda situasiyalar verilərək) iştirak edərək, bacarıqlar, əmək bazarı, peşə seçimi barəsində məlumatlanıblar. Layihənin ilk iki günü təlimlər və vörkşoplar, sonuncu günü isə peşələrlə tanışlıqdan ibarət olub.

 

Qeyd edək ki, layihə ilkin olaraq Lerik rayonunun Çayrud kəndində və İsmayıllı rayonunun Qalacıq kəndində həyata keçirilib. 3 gün müddətində davam edən layihədə VII-X sinif şagirdləri iştirak edib.

 

Layihənin icra olunmasında məqsəd karyera məsləhətlərinin xidmətlərinin effektivliyini təmin etməkdir.

 


Açar sözlər: ,