04.09.2023

Korrupsiya hüquqpozmaları ilə bağlı görüş keçirilib

Göygöl rayon Gəclər Evində  Göygöl Rayon İcra Hakimiyyəti və Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə korrupsiya hüquqpozmaları ilə bağlı maarifləndirici görüş keçirilib.

 

Görüşdə sözügedən qurumların əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları  və direktor müavinləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

 

Görüş müddətində korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verilib, həmçinin iştirakçılar mövzu ilə bağlı təlimatlandırılıblar.

 

Tədbirin keçirilməsində məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin diqqətə çatdırılması olub.


Açar sözlər: ,