04.09.2023

Mülki müdafiə sahəsində metodiki görüş keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri ilə mülki müdafiə sahəsində metodiki görüş keçirilib.

 

Kurslar sinif rəhbərlərinin sözügedən sahədə bilik və bacarıqlarının artırılması məqsədilə təşkil edilib. Kurslarda müəllimlərə məktəblərdə mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaq və açıq dərslərin keçirilməsi, sərgilərin təşkil olunması, şagirdlərə müvafiq biliklərinin öyrədilməsi üzrə metodiki tövsiyələr verilib.

 

Kursların gedişində iştirakçılara Fövqəladə Hallar Nazirliyinin yaranması və fəaliyyəti, fövqəladə hallar zamanı məktəb və sinif miqyasında həyata keçirilməli olan təxirəsalınmaz tədbirlər, kollektiv mühafizə vasitələrindən istifadə, güclü zəhərli, radioaktiv, bioloji, bakterioloji maddələrlə zəhərlənərkən, infeksion xəstəliklər, habelə sınıq, yanıq və digər bədbəxt hadisələr zamanı özünəyardım və qarşılıqlı yardım göstərilməsi qaydaları barədə mühazirələr oxunub.

 

Kurslarda mövzular ətrafında diskussiyalar aparılıb və suallar Mərkəzin əməkdaşları tərəfindən cavablandırılıb. Qeyd edək ki, Mülki müdafiə kursları davam etdirilir.


Açar sözlər: ,