05.09.2023

Şagirdlərimiz VI Robot Olimpiadasında medala layiq görülüblər

Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli mktəb-liseyin şagirdi Azərin Tahirzadə, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirləri Əli Hüseynov və Musa Süleymanovun iştirak etdiyi “RoboRevolation” komandası 3-cü yerə layiq görülüb.

 

Sentyabrın 1-dən 3-dək Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçirilib.

 

Olimpiadada  4 kateqoriya üzrə 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər  “Robomission”, “Robosports”, “Future innovators” və “Future engineers” adlı komandalar şəklind yarışıblar.

 

Ümumillikdə bu kateqoriyalar üzrə respublikanın 20 rayon və şəhərindən 249 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər keçirilib və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb. Əlavə olaraq, finala vəsiqə qazanmış komandalara Qusar Olimpiya İdman Kompleksində layihələrini inkişaf etdirmələri üçün yay düşərgəsi təşkil edilib. Düşərgə müddətində gənclərə müxtəlif interaktiv təlimlər keçirilib.

 

Qeyd edək ki, VI Robot Olimpiadasında qalib olmuş komandalar 7-9 noyabr, 2023-cü il tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək.


Açar sözlər: ,