06.09.2023

"ASAN" da təhsil xidmətləri

Elm və Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı nəticəsində "ASAN xidmət" mərkəzlərində vətəndaşlara təhsil xidmətləri təqdim olunur.

 

Gəncə Regional “ASAN xidmət” mərkəzində təhsil xidmətləri vətəndaşlara təqdim olunur.

 

Gəncə Regional “ASAN xidmət” mərkəzi vasitəsilə vətəndaşlar aşağıdakı təhsil xidmətlərindən yararlana bilərlər:

- Təhsil sahəsində vətəndaş müraciətləri üzrə məsləhətçi xidməti;

- Cari təhsil alanlar üçün elektron təhsil arayışları;

- Ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu (qeydiyyat);

- Şagirdlərin elektron yerdəyişməsi (qeydiyyat);

- Təhsil Tələbə Kreditinə elektron müraciət (qeydiyyat);

- Uşaqların məktəbəhazırlıq qruplarına elektron qeydiyyatı;

- Məktəbəqədər təhsil müəssisələrinə elektron qeydiyyat;

- Ali təhsil pilləsinin magistratura səviyyəsi üzrə elektron sənəd qəbulu;

- Ali təhsil pilləsinin bakalavr səviyyəsi üzrə elektron sənəd qəbulu;

- Sertifikatlaşdırma prosesindən keçmiş təhsilverənlərə sertifikatlarının verilməsi.

 

Qeyd olunan təhsil xidmətlərinin hər biri Elm və Təhsil Nazirliyi tərəfindən elektron qaydada da həyata keçirilir.

 


Açar sözlər: ,