15.09.2023

Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

Sentyabrın 14-də Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəb üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.

 

Açılış mərasimlərində elm və təhsil nazirinin müavini Həsən Həsənli, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Vüqar Məmmədov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, məktəbin pedaqoji kollektivi, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Bildirilib ki, yeni tikilmiş məktəb 360 şagird yerlikdir. 15 sinif otağından ibarət ümumtəhsil müəssisəsində  3 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 150 yerlik akt zalı, idman zalı, kitabxana və 70 yerlik yeməkxana fəaliyyət göstərəcək.

 

Məktəbin adını daşıdığı Şəhid Anar Mürsəlovun anası Qızbəs Abbasova Vətən müharibəsinindəki Şanlı qələbədən danışaraq, yeni tikilən məktəb binası üçün ölkə Prezidenti cənab İlham Əliyevə və elm və təhsil naziri Emin Əmrullayevə təşəkkürünü bildirib.

 

Nazir müavini Həsən Həsənli yeni məktəbin istifadəyə verilməsi münasibətilə məktəb kollektivini təbrik edib, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü qeyd edib. Tədbir iştirakçıları daha sonra məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.


Açar sözlər: ,