Sentyabrın 14-də elm və təhsil nazirinin müavini Həsən Həsənli, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və idarə əməkdaşlarının iştirakı ilə sertifikasiya prosesi ilə bağlı müşavirə keçirilib.
Müşavirədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev sertifikasiya prosesi barədə hesabatla çıxış edib.
Hesabat dinlənildikdən sonra elm və təhsil nazirinin müavini Həsən Həsənli sosial həssas qrupa aid olan, şəhid və qazi ailə üzvlərinin məsələlərinin diqqətdə saxlanılması, növbəti mərhələlərdə məktəblərə yeni ixtisaslı təhsilverənlərin təyin olunması və eləcə də yeni tədris ilinə hazırlıq prosesi ilə bağlı tapşırıqlar verib.