17.09.2023

Elm və təhsil nazirinin müavini Həsən Həsənli Gəncə şəhərinə səfəri zamanı vətəndaşları qəbul edib

15 sentyabr tarixində elm və təhsil nazirinin müavini Həsən Həsənli Gəncə şəhərinə səfəri zamanı vətəndaşları qəbul edib.

 

Vətəndaş qəbulunda ilk növbədə sertifikasiyada iştirak etmiş şəxslərin sualları cavablandırılıb, şəhid ailə üzvləri və sosial həssas qrupa aid olan vətəndaşların problemləri dinlənilərək, müvafiq tapşırıqlar verilib.

 

Qeyd edək ki, sertifikasiya prosesi nəticələrinə əsasən əmək müqaviləsinə xitam verilmiş təhsilverənlərlə görüşlər regional təhsil idarələri tərəfindən mütəmadi olaraq həyata keçirilir.


Açar sözlər: ,