Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə şəhəri üzrə təhsil sektoru, şəhər Prokurorluğu və Polis İdarəsinin birgə təşkilatçılığı ilə korrupsiya hüquqpozmaları ilə bağlı maarifləndirici görüş keçirilib.
Görüşdə sözügedən qurumların əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Görüş müddətində korrupsiya hüquqpozmaları ilə bağlı məlumat verilib, həmçinin iştirakçılar mövzu ilə bağlı təlimatlandırılıblar.
Tədbirin keçirilməsində məqsəd korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin diqqətə çatdırılması olub.