28.09.2023

27 sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilən tədbirdə Vətən şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, şəhər ictimaiyyəti, şəhid və qazilərin ailə üzvü olan təhsil işçiləri iştirak ediblər.

 

İdarə müdiri Anar Qədiməliyev bildirib ki,  Vətən Müharibəsi Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik ruhunda yetişməsinin əyani təsdiqi kimi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan vətəndaşlarımız, bütövlükdə xalqımız sarsılmaz əzm və iradə nümayiş etdirərək, dəmir yumruq kimi birləşərək Vətən Müharibəsində tarixi Zəfəri təmin ediblər.

 

Tədbir ədəbi bədii kompozisiya ilə davam edib, məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.


Açar sözlər: ,