Görüşdə Azərbaycan Dövlət AQRAR Universitetinin rektoru Zəfər Qurbanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, Aqrar universitetin əməkdaşları, IX-XI sinif şagirdləri iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinin müasir peşələr, peşə seçimləri barədə ətraflı məlumatlandırmaqdır ibarət olub.
Görüş müddətində idarə müdiri Anar Qədiməliyev innovativ yeniliklər, müasir peşələr, peşə seçərkən əsas hesab olunan meyarlar barədə ətraflı məlumat verib.
Aqrar universitetin rektoru Zəfər Qurbanov universitetdə fəaliyyət göstərən ixtisaslar, maddi texniki bazasının, xaricdə təhsil, infrastruktur, tələbələr üçün yaradılan şərait barədə ətraflı məlumat verib.
Görüşün davamında insa resursları, təcrübə və karyera mərkəzi barədə ətraflı məlumat verilib. Sonda görüşdə aktiv iştirak edən şagirdlərə hədiyyələr təqdim edilib.