30.09.2023

TTÜDM və üsulbirləşmə rəhbərləri ilə görüş keçirilib

26-29 sentyabr tarixlərində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində fəaliyyət göstərən TTÜDM və üsulbirləşmə rəhbərləri ilə görüş keçirilib.

 

Görüşün məqsədi məktəblərdə fənn metodiki kabinetin fənnin tədrisinin keyfiyyətinin yüksəldilməsində töhvəverici fəaliyyətinin təmin edilməsi olub.

 

376 nəfər təhsil işçisinin iştirak etdiyi maarifləndirici görüşlərdə Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva məktəbin pedaqoji işinin təşkilində üsulbirləşmə rəhbərinin və üzvlərinin vəzifələrindən, istedadlı şagirdlərlə işin təşkilindən və məktəbdaxili qiymətləndirmə vasitələrinin təlim nəticələrinə müvafiq olaraq tərtibinin vacibliyindən danışıb. Görüşdə Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin direktoru Gülnar Hüseynova dərsdinləmənin təşkili və müzakirəsi haqqında məlumat verib.

 

Sonda görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,