Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvləri ilə görüş keçirilib.
Görüşdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının idarə heyətinin sədri, ictimai şuranın katibi Rüfət Əsədzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov, FemACT "Qadınlar Fondu Azərbaycan"ın təsisçisi Pərvanə Məmmədova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və əməkdaşları iştirak ediblər.
Görüş zamanı təhsilin cəmiyyətdəki rolu, məktəb və müəllimin nüfuzu, təhsilverənlərin fəaliyyətinin stimullaşdırılması, məktəb direktorları və müəllimlərin fəallığının artırılması, məktəb-ailə-icma birliklərinin yaradılması və digər təhsilin inkişafı ilə əlaqədar müvafiq məsələlər üzrə müzakirələr aparılıb, təklif və tövsiyələr səsləndirilib.