Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərinin icma əsaslı məktəbəqədər təhsil qrupları, məktəbəhazırlıq qrupları və birinci siniflərində təhsil alan şagirdlərin məktəb mühitinə adaptasiya prosesi, məktəblə tanışlıqlarını daha da yaddaqalan etmək məqsədi ilə “Məktəbdə ilk addımlarım” rubrikası həyata keçirilir.
Rubrika çərçivəsində uşaqların məktəbdə bir günlərinin “Məktəbdə ilk addımlarım” başlığı altında foto və ya video formatında sosial media hesablarında dərc olunacaqdır.
Rubrika çərçivəsində növbəti post Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin icma əsaslı məktəbəqədər təhsil qrupuna həsr olunur.