12.10.2023

"Tarixin Gəncə səhifəsi"

Oktyabrın 12-də Elm və Təhsil Nazirliyinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Bakı şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Tarixin Gəncə səhifəsi" adlı tədbir keçirilib.

 

Tədbirin məqsədi 2020-ci ilin oktyabr ayında Gəncə şəhərində baş verən terror hadisələrini ictimaiyyətin diqqətinə çatdırmaq, həlak olanların əziz xatirəsini yad etmək olub.

 

Tədbirdən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

200-dək şagirdin iştirak etdiyi tədbirdə Gəncə şəhər "ASAN xidmət" mərkəzinin qarşısından "Qələbə" parkına yürüş həyata keçirilib. Tədbir şagirdlərin ədəbi-bədii kompozisiyası ilə davam edib.


Açar sözlər: ,