Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə 15 sinifdə 245 şagird “Peşə təmayüllü siniflərin təşkili” layihəsinə cəlb olunub.
Qeyd edək ki, “Peşə təmayüllü siniflərin təşkili” layihəsinin məqsədi ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi, peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.
Peşə Təmayüllü Sinifləri bitirən şagirdlər tam orta təhsil haqqında sənəd almaqla yanaşı, müvafiq peşələrə də yiyələnəcəklər. Bu da onların əmək bazarında özlərinə rahat iş tapmalarına yardım edəcək.
Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə həyata keçirilən “Peşə təmayüllü siniflərin təşkili” layihəsi çərçivəsində görüntüləri təqdim edirik.