Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan məktəb psixoloqlarının iştirakı ilə “Məktəb psixoloqunun sağlam psixoloji mühitin formalaşmasında rolu” mövzusunda konfrans keçirilib.
Görüşdə Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva tədris ili ərzində psixoloqların ümumtəhsil məktəblərində həyata keçirəcəyi fəaliyyətlər barədə məlumat verib.
Daha sonra Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin psixoloqu Günay Bayramova “Məktəb üçbucağı” barədə məlumat verərək, təlim-tərbiyədə, şagirdlərin hərtərəfli inkişafından danışıb.
Sonda görüş iştirakçıların maraqlandıransuallar cavablandırılıb.