17.10.2023

İdarə müdiri Gəncə şəhərinin bombalanması nəticəsində həlak olan şagirdlərin məzarlarını ziyarət edib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Gəncə şəhərinin bombalanması nəticəsində həlak olan şagirdlərin məzarlarını ziyarət edib.

 

Qeyd edək ki, Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 5 dəfə bombalanıb.

 

17 oktyabrdakı raket hücumu miqyasına görə daha böyük dağıntılar törədib. Həmin gün 16 nəfər həlak olmuş, 55 nəfər isə yaralanmışdır.

 

Bombalanma nəticəsində həlak olanların içərisində körpələr və şagirdlər də olub. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəymişdir.


Açar sözlər: ,