Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 18 Oktyabr- Müstəqilliyin Bərpası Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərdə çıxış edənlər 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini və bu sənədin tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutduğunu bildiriblər.
Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə məlumatlar bir daha şagirdlərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.
Şagirdlər tədbirlərdə vətənpərvərlik mövzusunda şeirlər, mahnılar ifa edib, səhnəciklər göstəriblər.