21.10.2023

"Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" adlı tədbir keçirilib

Gəncə şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə Ümumilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə ilə əlaqədar "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!" adlı tədbir keçirilib.

 

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Göygöl Rayon İcra Hakimiyyətinin Başçısının müavini Arzu Qocayev, respublikamızda fəaliyyət göstərən Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin yaradıcılıq kollektivləri iştirak ediblər.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev öz çıxışında xalqının Ümummilli Liderinə olan məhəbbətini həm də bu gün bizlərə ərmağan edilən müasir, müstəqil Azərbaycanın memarına olan ehtiram kimi səciyyəndirib.    

 

Tədbirin davamında Bakı şəhər 2 saylı, Sumqayıt şəhər 1 saylı, Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzləri və Quba, Salyan, Göyçay və Ucar Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin dərnək üzvü olan şagirdlər müxtəlif musiqi nömrələri ifa edib, kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,