Gəncə -Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur" mövzusunda tədbir keçirilib.
Gəncə şəhər H.Əliyev Mərkəzində keçirilən tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə dövlətçiliyimizin qorunub saxlanması istiqamətində Heydər Əliyevin göstərdiyi gərgin siyasi fəaliyyətdən söhbət açılıb. Ulu öndərin Vətən və millət üçün genişmiqyaslı işlər gördüyü bir daha xatırlanıb, ölkəmizin həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında onun müstəsna xidmətləri qeyd edilib.
Tədbirin davamında Gəncə şəhər V.Əliyev adına 12 nömrəli tam orta məktəbin direktoru Sevda Həsənova və A.K.Nekrasov adına 19 nömrəli tam orta məktəbin tarix müəllimi Dilbər Bəhlulova Ulu öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.