27.10.2023

Şagirdlərimiz "Nə? Harada? Nə zaman?” yarışının Respublika kubokunda iştirak etmək hüququ qazanıb

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və “Kapital Bank”ın dəstəyi ilə “Təhsil Oyunları Platforması” layihəsi tərəfindən "Nə? Harada? Nə zaman?” yarışının Respublika kuboku üzrə keçirilən seçim oyununda ölkə üzrə 325 komanda iştirak etdi. Onlardan, 36 komanda finala vəsiqə qazandı ki, 11 komanda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərin komandalarıdır. Həmin komandaları təqdim edirik:

 

1. Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbin “Xankəndi” komandası;

2. Gəncə şəhər 37 nömrəli tam orta məktəbin “Poçtalyonlar 2” komandası;

3. Göygöl rayon Göyçəkənd kənd tam orta məktəbin “Qarabağ” komandası;

4. Goranboy rayon Qarasuçu kənd tam orta məktəbin “Qarabağ” komandası;

5. Gəncə şəhər 37 nömrəli tam orta məktəbin “Poçtalyonlar 1” komandası;

6. Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta məktəbin “Vətən” komandası;

7. Gəncə şəhər M.C.Paşayev adəna 39 nömrəli tam orta məktəbin “Xarıbülbül” komandası;

8. Göygöl rayon Ə.Məmmədov adına Üçtəpə kənd tam orta məktəbin “Kəpəz” komandası;

9. Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin “Avengers” komandası;

10. Naftalan şəhər Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin “Zəfər” komandası

11. Gəncə şəhər M.Ş.Vazeh adına 16 nömrəli tam orta məktəbin “Dragonlar” komandası.

 

Həmçinin, avqust ayında Gəncə şəhərində keçirilən kubok oyununun qalibi olan Goranboy rayon Faxralı kənd tam orta məktəbin “Zəngəzur” komandası da finalda iştirak edəcək.


Açar sözlər: ,