Gəncə şəhər 28 nömrəli tam orta məktəbdə Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, müəllim və şagirdlər iştirak ediblər. Ağacəkmə aksiyasında Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar 100 ədəd ağac əkilib.
Aksiyadan sonra tədbirin bədii hissəsi keçirilib. Əvvəlcə Türkiyə və Azərbaycan Respublikalarının Dövlət Himnləri səsləndirilib. Daha sonra hər iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Türkiyə Cümhuriyyətinin tarixi barədə çıxışlar dinlənilib. Məktəbəqədər təhsil müəssisələri, ümumtəhsil məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin şagirdləri müxtəlif kompozisiyalarla çıxış ediblər.
Sonda xatirə şəkli çəkdirilib.