Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən direktor və direktor müavinləri üçün "Məktəbdaxili keyfiyyət monitorinqi" mövzusunda təlimlər keçirilib.
Təlimlərin əsas məqsədi məktəbdaxili keyfiyyət monitorinqinin - özünüqiymətləndirmənin əhəmiyyəti, təşkili, təhlili və hesabat yazılması haqqında məlumat vermək və təlim iştirakçılarını məktəbdaxili keyfiyyət monitorinqi istiqamətində müvafiq bilik və bacarıqlarla təmin etməkdən ibarət olub.
Təlim zamanı müdavimlərin TKTA - Məktəblərin keyfiyyət monitorinqi çərçivə sənədindən istifadə etməklə ayrı-ayrı sahələr üzrə məktəbdaxili monitorinq aparmaq və müvafiq monitorinq alətlərindən istifadə etmək barədə bilik və bacarıqları təkmilləşdirilib.