27.10.2023

"Türkiyə Cümhuriyyətinin yaranması" mövzusunda tarix dərsi keçirilib

Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə "Türkiyə Cümhuriyyətinin yaranması" mövzusunda tarix dərsi keçirilib.

 

Tarix dərsində Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, müəllim və şagirdlər iştirak ediblər.

 

Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlanan açıq dərsdə Gəncə şəhər N.Hüseynov adına 38 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə İbrahimova Türkiyədə  Mustafa Kamal Atatürkün başçılığı ilə milli azadlıq hərəkatı, Türkiyə Cümhuriyyətinin yaranmasında Mustafa Kamal Atatürkün rolu, Azərbaycan - Türkiyə əlaqələri müasir dövrdə mövzularında təqdimatlarla çıxış edib.

 

Tədbirin davamında şagirdlər Atatürkün Türk gəncliyinə Xitabını ifa edib və digər musiqili kompozisiyalarla çıxış ediblər.  Sonda aktiv şagirdlərə Türkiyə Cümhuriyyətinin Gəncədəki Baş konsulu Recep Öztop tərəfindən hədiyyələr təqdim edilib.