Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbdə “Uğurlu şagirdin valideyni” adlı forum keçirilib.
Müəlim, şagird və valideynlərin iştirak etdiyi forumdu uğurlu nəticələr əldə etmiş 4 nəfər məzunun valideyni övladlarının uğurlu olmasında ailənin ,məktəbin, müxtəlif bacarıqları formalaşdıran dərnəklərin rolundan danışıblar.
Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva çıxış edərək məktəb-ailə, müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan, valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
200-dək valideynin iştirak etdiyi görüşün sonunda valideynləri maraqlandıran suallar cavablandırılıb.