Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən "Sətir-sətir müəllim" müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqənin qaydalarına uyğun olaraq, ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən müəllim haqqında düşüncələri məktub (bədii məktub) formasında yazılaraq məktəbin münsiflər heyətinə təqdim edilib. İlk mərhələdə məktəb rəhbərliyi tərəfindən yaradılan münsiflər heyəti şagirdlərin xəttinə, məktubların məzmununa, yaradıcılıq səviyyəsinə, mövcud meyarlara görə qiymətləndiriblər. Hər məktəb üzrə müsabiqənin şərtlərini ödəyən 1 məktub aidiyyəti şəhər (rayon) təhsil sektoruna təqdim edilib. Şəhər (rayon) təhsil sektoru tərəfindən yaradılan münsiflər heyəti tərəfindən təqdim edilən məktublar içərisində meyarlara uyğun hesab edilən məktublar müəyyənləşdirilərək, Regional Təhsil İdarəsinə təqdim edilib. Müsabiqənin meyarlarını ödəyən məktubları yazmış şagirdlər Yerli təhsil sektorları tərəfindən mükafatlandırılıb.
Müsabiqənin qaliblərini təqdim edirik
Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin şagirdi - Nərmin Süleymanova
Gəncə şəhər V.Əliyev 12 nömrəli tam orta məktəbin şagirdi - Səbinə Abdullazadə
Gəncə şəhər 26 nömrəli fizika, riyaziyyat və informatika təmayüllü məktəb-liseyin şagirdi - Solmaz Aslanova
Naftalan şəhər Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbin şagirdi - Nurgün Cəfərova
Samux şəhər M.Ə.Sabir adına 1 saylı məktəb-liseyin şagirdi - Səkinə Verdizadə
Qeyd edək ki, müsabiqə üzrə bədii məktub nümunələri aşağıdakı meyarlar üzrə dəyərləndirilib: