15.11.2023

24 nəfər şagirdimiz Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcək

Beynəlxalq STEAM Azərbaycan Festivalında (SAF 2023) iştirak edəcək şagirdlərimiz Gəncə şəhərində fəaliyyət göstərən STEAM Mərkəzində böyük həyəcanla festivala hazırlaşırlar.

 

Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 4 – 8 dekabr 2023-cü il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək SAF 2023-də 24 nəfər məktəblimiz 8 komanda şəklində iştirak edəcək. 

 

Festivalda Engineers of Future kateqoriyası üzrə  "Magic city", First LEGO  Explore kateqoriyası üzrə  "Little Dragon", VEX İQ kateqoriyası üzrə "Develop", Mechatronics kateqoriyası üzrə "Galactic Power", Wings and Wheels kateqoriyası üzrə "Ultimate”, H2 Grand Prix Pro kateqoriyası üzrə "Zəfər", İnnovative Exhibition kateqoriyası üzrə "İnnovators" və " Young Engineers " komandaları iştirak edəcəklər.

 

Komandaların üzvləri Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəb, M.C.Paşayev adına 39 nömrəli tam orta məktəb, İ.Məmmədov adına 27 nömrəli məktəb-lisey, M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-lisey, Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey, 17 nömrəli tam orta məktəb, Samux rayon Sərkar kənd tam orta məktəb, Göygöl rayon Texniki və təbiət fənləri təmayüllü liseyin şagirdləridir.

 

Qeyd edək ki, festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsidir.

 

STEAM təhsil metodu 5 əsas disiplinin birgə təşkilidir. Bu metod elm (Science), texnologiya (Technology), mühəndislik (Engineering), incəsənət (Art), riyaziyyatı (Math) inteqrasiya olunmuş şəkildə tədris etmək ideyası üzərində qurulub


Açar sözlər: ,  ,