Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun iştirakı ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin inzibati binasında "Müasir dövrün peşələri" mövzusunda görüş keçirilib.
Görüşdə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər. Görüşün keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinin müasir peşələr, peşə seçimləri barədə ətraflı məlumatlandırmaqdır ibarət olub.
Görüş müddətində idarə müdiri Anar Qədiməliyev innovativ yeniliklər, müasir peşələr, peşə seçərkən əsas hesab olunan meyarlar barədə ətraflı məlumat verib.
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov universitetdə fəaliyyət göstərən ixtisaslar, maddi texniki bazasının, xaricdə təhsil, infrastruktur, müasir dövrün vacib hesab edilən peşələri barədə ətraflı məlumat verib.
Görüşün davamında insan resursları, təcrübə və karyera mərkəzi barədə ətraflı məlumat verilib. Sonda görüşdə aktiv iştirak edən şagirdlərə hədiyyələr təqdim edilib.