19.12.2023

“Fərqli Sən” layihəsi çərçivəsində rəsm müsabiqəsi keçirilib

İstedadlı uşaqların üzə çıxarılması, onların qabiliyyət və inkişaf etdirilməsi məqsədilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən keçirilən “Fərqli Sən” layihəsi çərçivəsində rəsm nominasiyası üzrə 300 nəfərdən çox şagirdin iştirakıyla rəsm müasabiqəsi keçirilib.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə istedadlı uşaqların üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması və inkişaf etdirilməsi məqsədilə həyata keçirilən “Fərqli Sən” layihəsi çərçivəsində rəsm nominasiyası üzrə 300 nəfərdən çox şagirdin iştirakıyla rəsm müsabiqəsi keçirilib.

 

3 yaş kateqoriyasını (6-9, 10-13, 14-17) əhatə edən layihədə şagirdlər 18-30 oktyabr tarixləri arasında sorğu linkinə daxil olaraq özləri haqda məlumatları və qabiliyyət sahələrinə aid xananı (və ya xanaları) seçərək orada müvafiq qeydlər aparıblar.

 

Müvafiq bacarıqları yoxlanıldıqdan sonra meyarlara uyğun hesab edilən şagirdlər “Fərqli Sən” layihəsində qalib hesab edilərək, idarənin “istedadlı şagirdlər” bankına əlavə ediləcəklər.


Açar sözlər: ,  ,