Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan məktəb psixoloqlarının iştirakı ilə “Şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı" mövzusunda görüş keçirilib.
Görüşdə şəxsiyyətin cinsi toxunulmazlığı və azadlığı mövzusu ilə bağlı təşkil olunacaq tədbirlərin əhəmiyyəti və vacibliyi, hüquqi tərəfləri və aşkarlanmış neqativ hallarla bağlı görüləcək işlər, şagirdlərin yaş qrupları üzrə mövzu ətrafında maarifləndirici və neqativ halların aşkarlanması istiqamətində ətraflı məlumat verilib.
Qeyd edək ki, məktəb psixoloqları ümumtəhsil məktəblərində şagirdlərin iştirakı ilə sözügedən mövzu ilə bağlı görüş təşkil edəcəklər.