27.12.2023

"Sertifikasiya 2024" adlı təhsilverənlərin sertifikatlaşdırması prosesi ilə bağlı görüşlər davam edir

"Sertifikasiya 2024" adlı təhsilverənlərin sertifikatlaşdırması prosesi ilə bağlı görüşlər davam edir.

 

Dekabrın 25-də Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan riyaziyyat və xarici dil müəllimləri, həmçinin tədris digər dillərdə aparılan bölmələrinin Azərbaycan dili müəllimləri üçün sertifikatlaşdırma prosesi ilə bağlı görüş keçirilib.

 

Görüşdə 225 nəfər müəllim iştirak edib. Sertifikasiya qaydaları haqqında müəllimlərə məlumat verildikdən sonra onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, analoji görüşlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.


Açar sözlər: ,