Samux rayon Seyidlər kənd uşaq bağçasının fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, rəsmilər, şəhid ailələri, qazilər və qazi ailələri, Samux rayon ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Məktəbəqədər təhsil müəssisəsinin binası Seyidlər kəndində yerləşir. Yenidən inşa edilən bina, 1 mərtəbədən, 1 zirzəmidən və 50 yerlik 2 qrupdan ibarətdir. Bağça bütün lazımi avadanlıq və ləvazimatla təchiz edilib. Bağçanın binasında idman və müasir tələblərə cavab verən mətbəx, sanitar qovşaqlar və digər zəruri otaqlar mövcuddur.