Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə “Gələcəyi qurmaq öz əlimizdədir” mövzusunda görüş keçirilib.
Görüşdə Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva, “İnnovativ məktəb” layihəsi çərçivəsində İsrail dövlətində təlimlərdə iştirak etmiş Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin bir qrup müəllimi, Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində Türkiyə Cümhuriyyətində olmuş və “Bir müəllimin manifesti” proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarında uzunmüddətli təlimlərə qoşulmuş müəlimlər iştirak ediblər.
Görüş müddətində müəllimlər öz təcrübələrini bölüşüblər, görüşün ikinci hissəsində isə “Layihə əsaslı” dərs nümayiş etdirilib.