28.12.2023

"Vətəni müdafiə etmək neçə yaşdan başlayır?" layihəsi ilə bağlı təlim keçirilib

"Vətəni müdafiə etmək neçə yaşdan başlayır?" layihəsinin icrası ilə bağlı Gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinə təlim keçirilib.

 

Qeyd edək ki, təlimin davamlılığını təmin etmək məqsədi ilə  GÇH rəhbərləri çalışdıqları ümumtəhsil məktəblərində VII-IX sinif şagirdlərinin iştirakı ilə "Vətəni müdafiə etmək neçə yaşdan başlayır?"mövzusunda seminar keçirəcəklər.

 

Görüşdə Dünya çempinu, Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Əməkdar İdman ustası, Azərbaycan Azərbaycan Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, Azərbaycan Respublikasının Qabaqcıl Təhsil işçisi Gəncə şəhər 12 nömrəli tam orta məktəbin GÇH rəhbəri və Fiziki tərbiyə müəllimi Albert Qəribov, Gəncə şəhər 28 nomrəli tam orta məktəbin GÇH rəhbəri, Vətən müharibəsi iştirakçısı, ehtiyatda olan mayor Elçin Qurbanov, Gəncə şəhər 42 nömrəli tam orta məktəbin GÇH rəhbəri Qarabağ müharibəsi qazisi, Prezident təqaüdçüsü ehtiyyatda olan mayor Maarif Hüseynov çıxış edəərk mövzu ilə bağlı ətraflı məlumat veriblər.


Açar sözlər: ,  ,