Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olan “Daşkəsən məktəbliləri debatda” layihəsi çərçivəsində təlimlər davam etdirilir.
Layihənin əsas məqsədi Daşkəsən məktəblilərinin müasir düşünmə, səlis nitqinin formalaşması, düzgün hədəfə çatmaq bacarıqlarının inkişaf etdirilməsi üçün debat təlimlərinə cəlb edilməsidir.
Layhə çərçivəsində Daşkəsən rayonunda 5 ümumtəhsil məkətbinin cəlb olunduğu İ.Nəsimi adına 1 nömrəli, A.Mürsəlov adına 2 nömrəli, S.Vurğun adına 4 nömrəli, Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına və A.Daşkəsən qəsəbə G.İsmayılov adına tam orta məktəblərində şagirlərlə görüşlər keçirilib.
Qeyd olunan məktəblərin 250-yə yaxın şagird Google forms platforması üzərində hazırlanan onlayn seçim mərhələsində iştirak etmiş, onlardan 110 nəfər şagird seçilərək müzakirəli müsahibə mərhələsinə cəlb olunmuşdur. Ümumilikdə 250 -yə yaxın şagird arasından 30 şagird seçilərək "Natiqlik", "Düzgün ünsiyyət strategiyası”, "Liderlik", "Debat" təlimlərinə cəlb olunacaq.
Məktəblərdə görüşlərin keçirilməsində əsas məqsəd istedadlı və könüllü şagirdləri kəşf edib layihəyə cəlb etməkdir. Layihənin əhəmiyyəti məktəblilər arasında debat ənənəsi yaratmaq, yaxın rayonlarda keçirilən debat təlimlərində iştirak imkanlarına dəstək olmaqdır. Şagirdlərdə düzgün intelektual bacarıqları formalaşdırmaq, tədris prosesi zamanı dərsliklərdə olan debat mövzularında şagirdlərin daha aktual məsələlərə toxunaraq müzakirə etmələri üçün maraq formalaşdırmaq layihədə əsas hədəf istiqamətlərindəndir.
Layihənin sonunda "Vətəndaş Cəmiyyətində Debat " İctimai birliyi, Gənclər və İdman Nazirliyi və Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin rəsmi qonaqlarının iştirakı ilə şagirdlərlə panel görüşünü təşkil edərək onları daha da motivasiya edib, özgüvənlərinin formalaşmasına dəstək olunacaq. Yekun görüşdə keçirilmiş Debat Çempionatınının qalibləri və ən yaxşı natiqləri mükafatlandırılacaq.