17.01.2024

“Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda görüş keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) inzibati binasında GDRTİ və Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin birgə təşkilatçılığı ilə “Təhsil müəssisələrində yanğın təhlükəsizliyi” mövzusunda görüş keçirilib.

 

Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi daxili xidmət Polkovniki Natiq Piriyev, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Böyük inspektoru, Daxili xidmət mayoru Abbas Abbasov, məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

 

Görüşdə çıxış edən Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin Böyük inspektoru, Daxili xidmət mayoru Abbas Abbasov bildirib ki, hər bir ali və orta təhsil müəssisəsinin, internat məktəbinin, kollecin, liseyin, digər təhsil müəssisələrində məktəblilərə, tələbələrə, professor və müəllim heyyətinə, elmi işçilərə, xidməti heyyətə təhsil müəssisələrində yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi vacibdir.

 

Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi Daxili Xidmət Polkovniki Natiq Piriyev çıxış edərək, təhsil müəssisələrində şagird və tələbələrin yanğın təhlükəsizliyi bilgiləri ilə maariflənmə işlərinin xüsusi diqqətlə yanaşılmalı olduğunu, “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq məktəbəqədər tərbiyə müəssisələrində uşaqlara və ümumtəhsil məktəblərində şagirdlərə yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi prosesinin həyata keçirilməli olduğunu bildirib.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək məktəbəqədər təhsil müəssisələrində və ümumtəhsil məktəblərində təhlükəsizliyin vacibliyi, həyata keçirilən maarifləndirmə tədbirləri barədə məlumat verib. İdarə rəhbəri təhsil müəssisələrinin rəhbərləri tərəfindən yanğın təhlükəsizliyi qaydalarının hazırlanmalı olduğunu, bu mövzu barədə maarifləndirmə işləri genişləndirildiyini bildirib.


Açar sözlər: ,