Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər və ümumtəhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbirlər keçirilib.
Tədbirlər Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirlərdə 20 Yanvar hadisələrinin tariximizə suverenliyimiz, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizəmizin rəmzi kimi daxil olduğunu bildirilib. Xalqımızın mübarizə tarixinin 20 Yanvar səhifəsinin gənc nəsillər tərəfindən hər zaman xatırlanmalı olduğu şagirdlərin diqqətinə çatdırılıb. Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Təhsil müəssisələrində xalqımızın milli qürur günü ilə bağlı kitab, foto və rəsm sərgiləri, həmçinin pedaqoji kollektiv və şagirdlərin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunub.