29.03.2024

“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tədbirlər keçirilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar tədbirlər keçirilib.

Ümumtəhsil məktəblərinin həyətyanı sahələrində şagirdlərdə ekoloji mədəniyyət, təbiətə, ətraf mühitə qayğı hissini aşılamaq məqsədilə aksiyalar həyata keçirilib.

Bundan başqa ətraf mühitə antropogen təsirlərin azaldılması, plastik tullantıların təbiətə və insan sağlamlığına mənfi təsirinin aradan qaldırılması istiqamətində şagirdlər tərəfindən müxtəlif ərazilər tullantılardan, xüsusi ilə plastik tullantılardan təmizlənmişdir.