13.02.2024

Şəhər rəhbərliyi tərəfindən Gəncə şəhər 29 nömrəli tam orta məktəb ziyarət edilib

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov Gəncə şəhər 29 nömrəli tam orta məktəbi növbəti dəfə ziyarət edib, burada yaradılan şəraitlə yaxından tanış olublar.

 

960 şagird yerlik məktəb binasında sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, 2 STEAM otağı,  kompüter və müəllimlər otaqları, hərbi kabinet, kitabxana, bufet və idman zalı yerləşir.

 

Bundan başqa məktəbdə 360 yerlik akt zalı, qrim otağı, məktəbəhazırlıq otağı, müasir tələblərə cavab verən kitabxana da fəaliyyət göstərir. Hazırda 29 nömrəli tam orta məktəbdə 1068 şagird təhsilini davam etdirir.

 

Rəsmilər məktəbin bufetində şagirdlərlə birgə çay süfrəsi ətrafında səmimi söhbət edib, onlara öz tövsiyələrini veriblər. Məktəbin müəllim kollektivi təhsil ocağında yaradılan yüksək şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildiriblər.

 

Xatırladaq ki, məktəb binası Vətən müharibəsi zamanı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması nəticəsində zərər görüb.

 

2024-cü ilin fevral ayından etibarən məktəb yenidən tikilərək müəllim və şagirdlərin istifadəsinə verilib.


Açar sözlər: ,