Gəncə Daşkəsən Regional Təhsil İdarəsinin təşəbbüsü ilə "Şahin" hərbi-idman oyunları ilə bağlı müşavirə keçirilib.
Müşavirədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Ceyhun Bağırov, metodist Fəzail Poladov, Gəncə Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə və ümumtəhsil məktəblərində çalışan hərbi rəhbərlər iştirak ediblər.
Müşavirədə “Şahin” hərbi-idman oyununun yeni əsasnaməsi, orada edilən dəyişikliklər və yeni qeydiyyat forması ilə tanışlıq, həmçinin məktəbdaxili və şəhər birinciliyinə hazırlıqla bağlı ətraflı məlumat verilib.
Görüş zamanı yeni əsasnamə ilə bağlı fikir mübadiləsi aparılıb və "Şahin" hərbi-idman oyunlarının region üzrə uğurla baş tutması üçün aidiyyəti qurumların və şəxslərin səfərbər olmalarının vacibliyi qeyd olunub.