Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Xocalı soyqırımı qurbanları anılıb.
Tədbirlər zamanı şagirdlərin ifasında vətənpərvərlik mövzularında şeirlər səslənib, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.
Bundan başqa ümumtəhsil məktəblərinin bir qrup müəllim və şagirdi Xocalı sakinləri üçün salınan qəsəbədə Xocalı soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucaldılan abidəni ziyarət ediblər.
Qeyd edək ki, tədbirlərin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, xalqımıza qarşı törədilən cinayətlər barədə onlara məlumat vermək və soyqırımda həlak olanların xatirəsini ehtiramla yad etməkdən ibarətdir.