Göygöl şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ülviyyə İsgəndərova və Gəncə şəhər 3 saylı körpələr evi - uşaq bağçasının tərbiyəçi müəllimi Aynur Tağıyeva Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi Təməl Təhsil Baş İdarəsi tərəfindən planlaşdırılan və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı ilə həyata keçirilən “Təhsildə Oyun Tətbiqləri Təhsili” layihəsində iştirak edirlər.
Məlum olduğu kimi, cəmiyyətdə milli-mənəvi dəyərlər haqqında məlumatlılığın artırılması, şagirdlərin idrak, fiziki, sosial və emosional inkişafına töhfə vermək, onların təxəyyülünü inkişaf etdirmək və həssas şəxsiyyətlər yetişdirmək məqsədilə “100 Sifət” Təməl Təhsil Baş İdarəsi tərəfindən həm müəllimlər üçün bələdçi kitabçası, həm də xüsusi oyunlar şəklində nəşr edilmiş, ehtiyacı olan şagirdlər üçün işarət dilində ifadəsi və tərcüməsi ilə əhatəli bir layihə olaraq həyata keçirilir.
İşinə 2023-cü ilin avqust ayında başlayan və 6 ay kimi qısa müddətdə tamamlanan layihə həm də “Təhsildə Oyun Tətbiqləri Təlimi” layihəsinin əsasını təşkil edib. Türk dövlətləri ilə qohum toplumlar arasında mədəni qarşılıqlı əlaqələri artırmaq, ortaq uşaq oyunları vasitəsilə insanların eyni sivilizasiyaya və mədəniyyət dairəsinə mənsub olduqlarını dərk etmək, ən əsası isə bu oyunlardan təhsil və təlim prosesində alət kimi istifadə etmək, Rəqəmsallaşan dünyada ənənəvi oyunları təsirli etmək üçün adı çəkilən yüz oyundan biri Türk Cümhuriyyətlərindəki oyunlarla paylaşılır, oxşar cəhətləri olanlar seçilir və 30 saatlıq modul hazırlanır. Kəndarçəkmə, doqquz daş, tombik, qolla qaçış topu, fırlanan top, çuval yarışı və manqala oyunları, şüur dəhlizi isti kreslo kimi drama texnikalarının təhsildə tətbiqləri nəzərdə tutulmuşdur.
Modulun birinci mərhələsində Azərbaycan və Türkmənistandan müxtəlif sahələr və təhsil səviyyələrində çalışan doqquz müəllim Türkiyəyə təlim keçmək üçün dəvət olunub. Bu təlim həm mədəni köçürməni, həm də bütün türk dövlətlərində ənənəvi oyunların birləşdirici gücü ilə dövlətlərarası əlaqələrin gücləndirilməsini dəstəkləyəcək.