“Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində təhsil müəssisələrində görüşlərə başlanılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq çərçivəsində məktəbəqədər və ümumi təhsil müəssisələrində “Şəkəri azalt, ömrünü uzat” mövzusunda məlumat xarakterli görüşlərin keçirilməsinə start verilib.
“Sağlam qidalanmanın təşviqi” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.