12.05.2024

Mərkəzləşdirilmiş mühasibatlığın mühasib vəzifəsi üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin yanında Mərkəzləşdirilmiş mühasibatlığın mühasib vəzifəsi üzrə elan edilmiş müsabiqənin test imtahanı mərhələsi keçirilib. Test imtahanı mərhələsində 100-ə yaxın namizəd iştirak edib.

 

Namizədlərə ixtisas, məntiq və informatika fənləri üzrə ümumillikdə 40 sual təqdim edilib.

 

Müvafiq keçid balını toplamış namizədlər müsabiqənin növbəti müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

 

Namizədlərin hər birinə uğurlar arzulayırıq.


Açar sözlər: ,