14.05.2024

32 nəfər şagirdimiz məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq-riyaziyyat olimpiadasının final turuna vəsiqə qazanıb

Mayın 5-də Elm və Təhsil Nazirliyi tərəfindən keçirilmiş məktəblilərarası fənn müsabiqələrinin və Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının rayon(şəhər) mərhələsinin nəticələrinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsilalan 32 nəfər şagird final turuna vəsiqə qazanıb.

 

Belə ki, 19 nəfər şagird məktəblilərarası fənn müsabiqələrinin yarımfinal turuna, 13 nəfər isə Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadasının final turunda iştirak etmək hüququ əldə edib.

 

Qeyd edək ki, fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri üzrə, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə iştirak ediblər. Lütfi Zadə riyaziyyat-məntiq olimpiadası isə V sinif şagirdləri arasında təşkil olunub.

 

Fənn müsabiqələrinin və riyaziyyat-məntiq olimpiadasının final turunda iştirak edəcək bütün şagirdlərimizə uğurlar arzulayırıq!


Açar sözlər: ,  ,