17.05.2024

ORT İsrail komandasının nümayəndələri Gəncə şəhər M. Hadi adına 10 nömrəli tam orta məktəbdə olublar

ORT İsrail komandasının nümayəndələri Gəncə şəhər M. Hadi adına 10 nömrəli tam orta məktəbdə olublar.

 

"İnnovativ məktəb" layihəsinə qoşulan məktəbdə qonaqlar iki gün ərzində dərsləri dinləyib, STEAM, Rəqəmsal, inkluziv və sahibkarlıq dərslərində olublar. Şagirdlərin məşğuliyyəti, fəaliyyətləri, asudə vaxtlarının keçirilməsi kimi məsələlərlə maraqlanıblar.

 

Qeyd edək ki, “İnnovativ məktəb” layihəsi çərçivəsində Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru Arzu Əliyeva İsraildə təhsildə innovativ yanaşmalar və təşəbbüslər istiqamətində keçirilən təlimlərdə iştirak edib.


Açar sözlər: ,