"Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin rəhbərləri ilə maarifləndirici görüş keçirilib.
Görüşdə Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov, Göygöl Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova və Rayon Prokurorluğunun əməkdaşı Pərvin Abbasov iştirak edib.
Görüş zamanı dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən bəhs edilib.